Təbrizin "Traktor" futbol komandasının baş məşqçisi Draqan Skoçiç öz istəyi ilə postundan ayrılıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təbriz təmsilçisi 2024/2025 mövsümündə 57 yaşlı xorvatiyalı mütəxəssisin rəhbərliyi altında İran çempionatının qalibi olub.
"Traktor" hazırda liqada 35 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider "Gol Gohar"dan cəmi 1 xal az toplayıb.