IMG-LOGO

AFFA rəsmisi Avropa Kubokunun oyununa təyinat alıb

17 Feb 2026 12:57 5 baxış
IMG

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Avropa Kubokunun 1/4 final mərhələsinin "Austriya" (Avstriya) – "Sparta" (Çexiya) cavab matçının UEFA nümayəndəsi olacaq.

Qarşılaşma fevralın 18-də Vyana şəhərində yerləşən "Franz-Horr" stadionunda baş tutacaq.

Komandalar arasında Çexiyada keçirilən ilk görüş qolsuz başa çatıb.

Xəbər lenti