IMG-LOGO

"Mançester Siti" Bernardo Silvanın yerinə oyunçu tapdı

17 Feb 2026 12:13 4 baxış
IMG
0 0

İngiltərənin "Mançester Siti" klubu yarımmüdafiəçi Bernardo Silvaya alternativ tapıb. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, "şəhərlilər" diqqətlərini Morqan Qibbs-Uayta yönəldiblər.

"Nottinqem Forest"in oyunçusu portuqaliyalı oyunçunun yerinə əsas namizəd kimi ortaya çıxıb. "Mançester Siti" 70 milyon funt sterlinq ödəməli və Qibbs-Uayt üçün rəqabətlə üzləşəcək. Çünki onunla "Aston Villa" da maraqlanır.

Qibbs-Uayt bu mövsüm bütün yarışlarda 35 oyun keçirib, yeddi qol vurub və dörd məhsuldar ötürmə edib. 

Yarımmüdafiəçinin “Nottinqem Forest” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Klub onun üçün üç il yarım əvvəl 29,5 milyon avro ödəyib.  

Futbol Bernardo Silva "Mançester Siti" Morqan Qibbs-Uayt "Nottinqem Forest"

Xəbər lenti