IMG-LOGO

Binəqədidə qanunsuz tikili sökülüb

17 Feb 2026 10:34 3 baxış
IMG

Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Binəqədi-Xırdalan avtomobil yolunun rayonun Biləcəri qəsəbəsindən keçən hissəsinə yaxın ərazidə qanunsuz tikinti işlərinin aparılması aşkarlanıb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Binəqədidə qanunsuz tikili sökülüb

Xəbər lenti