IMG-LOGO

Sünikin sabiq merinin 20 milyon dollarlıq əmlakı müsadirə oluna bilər

17 Feb 2026 10:50 4 baxış
IMG

Ermənistan Baş Prokurorluğu Sünikin sabiq meri, "Ermənistan" blokundan olan keçmiş deputat Vaqe Akopyanın 20 milyon dollar məbləğində vəsaitini müsadirə etmək istəyir.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Prokurorluq Akopyanın, onun həyat yoldaşı Elizabet Petrosyanın, valideynlərinin, qardaşı Karen Akopyanın və ailəsinin (həyat yoldaşı və övladlarının) əmlakının və pul vəsaitlərinin müsadirə edilməsi üçün Antikorrupsiya Məhkəməsinə müraciət edib. Söhbət xüsusilə 9 daşınmaz əmlak, 3 nəqliyyat vasitəsi, 122,6 milyon dram (326,6 min dollar) məbləğində borc hüququndan, 741 min dollarlıq istiqrazlardan, 240 min dollarlıq əmanətlərdən, 7,33 milyard dramdan çox (19 milyon dollardan çox) vəsaitdən gedir.

Xatırladaq ki, 2024-cü ilin sentyabrında iqtisadi cinayətlərlə bağlı iş üzrə sabiq merin qardaşı, "Çistoe jelezo" zavodunun direktoru Karen Akopyan və Zəngəzur Mis-Molibden Kombinatının baş direktorunun müavini Narek Ambaryan həbs ediliblər.

Xəbər lenti