IMG-LOGO

UEFA Çempionlar Liqasının pley-off mərhələsi başlayır, "Qalatasaray" "Yuventus"la üz-üzə gələcək

17 Feb 2026 09:25 2 baxış
IMG

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə bu gün start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə dörd qarşılaşma keçiriləcək.

Türkiyə təmsilçisi "Qalatasaray" İtaliyanın "Yuventus" klubunu qəbul edəcək. Qarşılaşma saat 21:45-də start götürəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

17 fevral

21:45. "Qalatasaray" (Türkiyə) - "Yuventus" (İtaliya)

00:00. "Benfika" (Portuqaliya) - "Real" (İspaniya)

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya)

00:00. "Monako" (Fransa) - PSJ (Fransa)

Qeyd edək ki, pley-off mərhələsinin digər oyunları növbəti gün baş tutacaq. Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.

Xəbər lenti