IMG-LOGO

Göygöldə məktəbdə zəhərlənən 10 şagird xəstəxanadan evə buraxılıb

17 Feb 2026 09:43 3 baxış
IMG

Göygöldə məktəbdə zəhərlənən 10 şagird xəstəxanadan evə buraxılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə fevralın 16-sı rayonun Aşıqlı kəndinin C.Verdiyev adına tam orta məktəbində qeydə alınıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən sorğuya cavab olaraq bildirilib ki, həmin məktəbdə dərs prosesi zamanı 10 nəfər şagird özünü pis hiss edib:

"Şagirdlər xəstəxanaya çatdırılıblar. Onlara tibbi yardım göstərilib və daha sonra evə buraxılıblar. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır".

Xəbər lenti