Həsrətin çəkdiyimiz torpağa gedirik. Həm qürur, həm də minnətdarlıq hissləri bir-birinə qarışıb.
"Report" xəbər verir ki, bu sözləri Ağdam şəhərinə köçən keçmiş məcburi köçkün Fazilə Novruzova söyləyib.
Onun sözlərinə görə, doğma torpağa tez bir zamanda qayıtmaq hər bir keçmiş məcburi köçkünün arzusudur:
"23 yaşında Ağdamı məcburi tərk etmişəm. Hazırda isə övladlarımla birgə qayıdıram. Şəhid və qazı bacısı olaraq Ali Baş Komandanımıza minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, Ordumuzu qorusun".