IMG-LOGO

La Liqa: “Barsa”dan kritik xal itkisi

17 Feb 2026 03:32 3 baxış
IMG
4 0

İspaniya La Liqasında XXIV tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son oyun günündə bir matç keçirilib.

“Barselona” səfərdə “Jirona” ilə üz-üzə gəlib. Kataloniyalılar çempionluq yarışında kritik xal itkisi ilə üzləşiblər. Gərgin keçən qarşılaşmada ev sahibləri rəqibini 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turnir cədvəlinə 60 xalla “Real Madrid” başçılıq edir. Aktivində 58 xal olan “Barselona” isə ikinci yerdə qərarlaşıb.

Barselona

Xəbər lenti