IMG-LOGO

Lionel Messinin "İnter Mayami"yə keçidi klubun gəlirlərini dörd dəfə artırıb

16 Feb 2026 23:45 2 baxış
IMG

Argentinalı ulduz futbolçu Lionel Messinin 2023-cü ilin yayında ABŞ-nin "İnter Mayami" klubuna keçidindən sonra komandanın maliyyə göstəriciləri rekord səviyyəyə çatıb.

"Report "Forbes"ə istinadən xəbər verir ki, 2022-ci ildə klubun gəliri 56 milyon dollar idisə, ötən mövsüm bu rəqəm 200 milyon dollara qədər yüksəlib.

Ekspertlər bu artımı yalnız Messi transferi ilə izah edirlər. Onun keçidi azarkeş marağını, bilet satışlarını və televiziya yayımlarından gəlirləri əhəmiyyətli dərəcədə artırıb.

"Forbes" analitiklərinin qiymətləndirməsinə görə, "İnter Mayami"nin hazırkı bazar dəyəri 1,35 milyard dollar təşkil edir və bu, kluba MLS-in ən bahalı komandası statusunu gətirib.

Xəbər lenti