IMG-LOGO

Kobaxidze: Gürcüstan Rusiya ilə diplomatik münasibətlərin bərpasını müzakirə etməyib

16 Feb 2026 22:15 4 baxış
IMG

Gürcüstan hakimiyyəti Rusiya tərəfi ilə diplomatik münasibətlərin və ya dəmir yolu əlaqələrinin bərpası ilə bağlı danışıqlar aparmayıb.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze danışıb.

"Bu barədə heç bir ünsiyyətimiz olmayıb. Bu məsələdə yeni bir şey olarsa, müvafiq məlumatı ictimaiyyətə özümüz təqdim edəcəyik", - deyə Kobaxidze bildirib.

Qeyd edək ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk 12 fevralda bildirib ki, Rusiya ilə Gürcüstan arasında Abxaziya vasitəsilə dəmir yolu əlaqələrinin bərpası ehtimalı nəzərdən keçirilir.

Xəbər lenti