IMG-LOGO

Əfsanəvi amerikalı aktyor Robert Dyuval vəfat edib

16 Feb 2026 22:38 5 baxış
IMG

Hollivud ulduzu Robert Dyuval 95 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə "Variety" nəşri aktyorun həyat yoldaşı Luçiana Dyuvalın "Facebook" sosial şəbəkəsindəki açıqlamasına istinadən məlumat yayıb.

"Oskar" mükafatına yeddi dəfə namizəd olan və bu mükafatı "Zərif mərhəmət" filminə görə qazanan aktyor, həmçinin "Xaç atası" və "Apokalipsis indi" filmlərindəki rolları ilə tamaşaçıların yaddaşında qalıb.

Dyuval bazar günü Virciniyadaki evində vəfat edib.

Xəbər lenti