IMG-LOGO

"Sabah"ın qapıçısı: "Uzun müddətdir belə ağır və dramatik qarşılaşma olmamışdı"

16 Feb 2026 22:57 4 baxış
IMG

Uzun müddətdir "Qəbələ" – "Sabah" matçı kimi ağır və dramatik qarşılaşma olmayıb.

"Report" xəbər verir ki, bunu paytaxt təmsilçisinin qapıçısı Stas Pokatilov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Misli Premyer Liqasının XX turunda səfərdə "Qəbələ"ni məğlub etdikləri (1:0) oyun barədə danışıb:

"Oyun həqiqətən də çox çətin keçdi və son dəqiqələr xüsusilə gərgin alındı. Uzun müddətdir belə ağır və dramatik qarşılaşmamız olmamışdı. Əslində, daha rahat hesabla qalib gələ bilərdik. Amma çempionatın sonuna yaxınlaşdıqca bu cür çətin və gərgin oyunların sayının artacağını düşünürəm. Belə məqamda ən vacib olan nəticədir – əsas məsələ qalib gəlməkdir.

Matçda bir neçə inanılmaz qurtarış oldu və bu, mövsümdə 12-ci "quru oyun"umuzdur. Statistik göstəriciləri daim izləməyə çalışmıram. Bəzən maraq xatirinə baxmaq olar, amma diqqətimi əsas məqsəddən yayındırmaq istəmirəm. Mənim üçün ən vacibi komandanın uğurudur və hər oyunda qələbə qazanmağımızdır. Şəxsi nailiyyətlər və digər məqamlar isə hər zaman ikinci plandadır".

Xəbər lenti