IMG-LOGO

Françesko Totti "Roma"ya qayıtmaq ehtimalını təsdiqləyib

16 Feb 2026 21:01 4 baxış
IMG

İtaliya təmsilçisi "Roma"nın keçmiş kapitanı Françesko Totti klubda texniki direktor vəzifəsinə qayıtmaq ehtimalı ilə bağlı danışıqlar apardığını təsdiqləyib.

"Report" "Sky Sport"a istinadən xəbər verir ki, bir neçə həftə əvvəl "Roma"nın baş məsləhətçisi Klaudio Ranieri klub rəhbərliyinin əfsanəvi futbolçunu yenidən komandaya cəlb etməyi nəzərdən keçirdiklərini açıqlamışdı.

Totti məsələ ilə bağlı verdiyi açıqlamada yayılan məlumatları təsdiqləyib. O bildirib ki, tərəflər arasında danışıqlar davam edir və müəyyən detallar müzakirə olunur.

Keçmiş kapitan əlavə edib ki, hazırda yekun qərar verilməyib.

Qeyd edək ki, Totti 1993-cü ildən 2017-ci ilə qədər "Roma"da çıxış edib.

Xəbər lenti