IMG-LOGO

Ermənistanın 2,5 milyona yaxın vətəndaşı parlament seçkilərində səs verəcək

16 Feb 2026 19:08 5 baxış
IMG

Ermənistanda qarşıdan gələn parlament seçkilərində səsvermə hüququna 2,48 milyon vətəndaş malikdir.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib.

Məlumata görə, ən çox seçici İrəvanda qeydiyyata alınıb - 843 278 nəfər.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri cari il iyunun 7-də keçiriləcək.

Xəbər lenti