Hazırda Ukraynanın Avropa İttifaqına (Aİ) sürətli üzvlüyü ilə bağlı müzakirələr davam edir.
"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa Kiyevdə Avropa Şurasının Baş katibi Alen Berse ilə birgə mətbuat konfransında bəyan edib.
Bundan əlavə, A.Sibiqa bildirib ki, Avropa da Ukraynanın Aİ-yə lazım olduğunu anlayır: "Bəli, bizə Ukraynanın Aİ-yə sürətli üzvlüyü üçün zaman çərçivəsinin müəyyən edilməsi lazımdır. Aİ-yə üzvlüyümüz Ukrayna və gələcək infrastrukturun təhlükəsizlik elementidir, bu xalqımızın strateji seçimidir".
XİN başçısı Ukraynanın islahatlar yolunda aktiv və uğurla irəlilədiyini bəyan edib: "Şübhəsiz ki, biz müvafiq meyarları yerinə yetirməli və onlara riayət etməliyik".