IMG-LOGO

Ermənistanın hakim partiyası: Vətəndaş cəmiyyətinin nümayəndələrinin qarşılıqlı səfərləri sülhün möhkəmləndirilməsinə yönəlib

16 Feb 2026 13:32 4 baxış
IMG

Ermənistan və Azərbaycan ictimaiyyətinin nümayəndələrinin səfərləri qarşılıqlı və ardıcıl xarakter daşıyacaq.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu "Mülki müqavilə" partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan parlamentdə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, səfərlər sülh atmosferinin möhkəmləndirilməsinə yönəlib.

"Ermənistan və Azərbaycan cəmiyyətinin müxtəlif nümayəndələrinin həm Ermənistanda, həm də Azərbaycanda görüşləri ardıcıl xarakter daşıyacaq", - o vurğulayıb.

Xatırladaq ki, Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində fevralın 13-14-də Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Azərbaycan nümayəndə heyətində 19 nəfər təmsil olunub, Ermənistan tərəfdən isə qeyri-hökumət təşkilatlarının 20 nümayəndəsi iştirak edib.

Xəbər lenti