IMG-LOGO

"Qarabağ"ın oyununa təyinat alan hakim daha əvvəl Azərbaycan millisinin Bakıdakı matçını idarə edib

16 Feb 2026 13:35 5 baxış
IMG

"Qarabağ" və İngiltərənin "Nyukasl" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa təyinat alan norveçli hakim Espen Eskos daha əvvəl Azərbaycan millisinin matçını idarə edib.

"Report"un məlumatına görə, 37 yaşlı FIFA referisi 2021-ci ildə yığmanın İrlandiya komandasına qarşı görüşündə əsas söz sahibi olub.

Ədalət təmsilçisi DÇ-2022-nin seçmə mərhələsində millinin məğlubiyyətinə şahidlik edib. Bakı Olimpiya Stadionunda gerçəkləşən görüşdə qonaqlar üç cavabsız qolla üstün olublar.

Norveçli hakim 2019-cu ildən beynəlxalq matçlara təyinat alır. O, cari mövsüm UEFA Çempionlar Liqasının əsas mərhələsində 4 qarşılaşmanı idarə edib. 11 sarı vərəqə göstərən Espen Eskos hələlik qırmızı vərəqəyə ehtiyac duymayıb.

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" görüşü fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Xəbər lenti