Qəsəbəyə qayıdan sakinlər doğma ocaqlarında firavan yaşayacaqlar.
Bunu "Report"un Xocavəndə ezam olunan əməkdaşına açıqlamasında rayonun Qırmızı Bazar qəsəbə sakini Aybəniz Bəşirova deyib.
O, məcburi köçkünlük həyatına son qoyulduğu üçün sevindiklərini vurğulayıb:
"Köçkün düşəndən sonra müxtəlif yerlərdə yaşadıq, son olaraq Ağcabədidə məskunlaşmışdıq. Düzdür Azərbaycanın hər yeri bizə əzizdir, amma doğma ocağımızın yeri bir başqadır. Bu gün çox sevinirik ki, 30 ildən çox yaşadığımız məcburi köçkünlük həyatı sona çatdı. İndi yurdumuza döndük, artıq öz ocağımızda firavan yaşayacağıq".