IMG-LOGO

"Arsenal" afrikalı futbolçunu 100 milyon avro qarşılığında heyətinə qata bilər

16 Feb 2026 12:43 3 baxış
IMG

İngiltərənin "Arsenal" klubu Almaniya təmsilçisi "Leyptsiq"də çıxış edən Yann Diomandeni heyətinə qatmaq istəyir.

"Report" "TEAMtalk"a istinadən xəbər verir ki, bu transfer yayda gerçəkləşə bilər.

"Topçular" Fildişi Sahilindən olan 19 yaşlı vingeri Qabriel Martinelliyə potensial əvəzləyici kimi nəzərdən keçirir.

Bundesliqa klubu oyunçu üçün 100 milyon avroluq təklifi nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, 2025-ci ilin yayından "Leyptsiq"in formasını geyinən afrikalı futbolçu cari mövsüm 24 oyunda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.

Xəbər lenti