IMG-LOGO

30 ailədən ibarət növbəti köç karvanı Xocalıya çatıb

16 Feb 2026 12:44 4 baxış
IMG

30 ailədən ibarət növbəti köç karvanı Xocalı şəhərinə çatıb.

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 30 ailənin (149 nəfər) qayıdışı təmin olunub.

Qeyd edək ki, bu köç daxil olmaqla Xocalı şəhərində artıq 144 ailə (651 nəfər) sakin məskunlaşıb.

Ümumilikdə isə Xocalı rayonu üzrə (bir şəhər və yeddi kənd) 950 ailə (3 min 916 nəfər) doğma yurduna qayıdıb.

Xəbər lenti