IMG-LOGO

Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İraq Kürdüstan Regionunda bir sıra görüşlər keçirib

16 Feb 2026 12:57 4 baxış
IMG

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) Türkiyə üzrə rəhbəri, Türk Dövlətləri Təşkilatı TCCİ Komitəsinin Azərbaycan üzrə nümayəndəsi Yeganə Quliyeva İraq Kürdüstan Regionunun Ərbil şəhərində bir sıra görüşlər keçirib.

"Report" xəbər verir ki, Ərbil bölgəsinin yaxın gələcəkdə hətta Dubayı belə geridə qoya biləcəyini, çox böyük və perspektivli layihələrin mövcud olduğunu bildirən Y.Quliyeva türk dünyasına da ciddi marağın olduğunu qeyd edib.

Görüş zamanı Ərbil valisi Omed Xoşnav qarşılıqlı əməkdaşlığa dəstək göstərəcəklərini bildirib. Ərbil Sənaye və Ticarət Palatası İdarə Heyətinin sədri Şirin Yəhya Xəlil ilə keçirilən görüş zamanı başda Azərbaycan olmaqla bütün türk dünyası arasında qurulacaq əməkdaşlıqlar, iş insanları arasındakı əlaqələrin gücləndirilməsi və ortaq layihələrin idarə olunması məsələləri müzakirə edilib.

Regionun səhiyyə naziri Saman Barzangi ilə görüşdə qadın sağlamlığı sahəsində ortaq əməkdaşlıqlar mövzusunda müzakirələr aparılıb.

İraq Kürdüstan Regionunun Qadınlar və İnkişaf üzrə Ali Şurasının baş katibi Xanzad Əhməd ilə Azərbaycan AQSİA adından keçirilən görüşdə isə eyni mədəniyyətin qadınları olaraq birlik və həmrəylik şəraitində qadınları dəstəkləyən proqramlar müzakirə edilib və ortaq fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Azərbaycan və türk dünyası üçün regional körpü rolunu oynayan İraq Kürdüstan Regionu əməkdaşlıqlara açıq idarəetmə sistemi ilə inkişaf etməkdə olan dinamik bir bazar kimi qiymətləndirilir.

Xəbər lenti