İtaliyanın "Milan" klubu İspaniya təmsilçisi "Barselona"da çıxış edən Jerar Martinlə maraqlanır.
"Report" İtaliya mətbuatına istinadən xəbər verir ki, "rossonerilər" yayda 23 yaşlı müdafiəçini heyətinə qatmağa çalışacaq.
Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik də oyunçu ilə yolların ayrılmasına qarşı deyil.
Qeyd edək ki, Jerar Martin cari mövsüm 33 oyunda (1677 dəqiqə) meydanda olub.