IMG-LOGO

Səfir: Bakı və Əbu-Dabi hərtərəfli iqtisadi tərəfdaşlıq barədə razılığa gəlib

16 Feb 2026 11:44 3 baxış
IMG

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycan arasında münasibətlər iki ölkənin rəhbərliyinin siyasi iradəsi sayəsində strateji səviyyəyə çatıb.

"Report"un məlumatına görə, bu barədə BƏƏ-nin Bakıdakı səfiri Məhəmməd Əl Bluşi iki dövlət arasında ərzaq və kənd təsərrüfatı məsələlərinə dair dəyirmi masada çıxış edərkən bildirib.

"Ortaq dəyərlərə, qarşılıqlı hörmətə və gələcəyə yönəlmiş baxışa əsaslanaraq, biz ölkələrimiz arasında hərtərəfli iqtisadi tərəfdaşlıq və strateji əməkdaşlıq barədə razılaşmalara nail olmuşuq", - diplomat qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın ikitərəfli əməkdaşlığın inkişafına və məzmunlu dialoq üçün imkanların yaradılmasına sadiqliyi Bakı və Əbu-Dabi münasibətlərinin təməlində duran tərəfdaşlıq ruhunu əks etdirir.

Səfir, həmçinin Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarova və kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə verdikləri töhfəyə görə minnətdarlığını bildirib.

Xəbər lenti