IMG-LOGO

"Neftçi" 5 il sonra ilkə imza atıb

16 Feb 2026 10:36 3 baxış
IMG

"Neftçi" klubu 5 ildən sonra Misli Premyer Liqasında ardıcıl iki səfər oyununda üç və ya daha çox qol vurub.

"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, XVIII turda "Araz-Naxçıvan"ı 4:0, XX turda isə "Kəpəz"i 3:1 hesabı ilə məğlub edən bakılılar məhsuldarlıq seriyası yaxalayıblar.

"Ağ-qaralar"ın səfər matçlarında belə məhsuldarlığı sonuncu dəfə 2020/2021 mövsümünün sonunda qeydə alınıb.

Paytaxt təmsilçisi 2021-ci ilin mayında keçirilən ardıcıl iki səfər görüşündə "Şamaxı"nı 3:0, "Səbail"i isə 4:0 hesabı ilə üstələmişdi.

Xəbər lenti