IMG-LOGO

Vuçiç: Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm

15 Feb 2026 20:06 3 baxış
IMG

Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında deyib.

"Bundan əvvəl biz çox nəticələr əldə etməliyik. Mən, xüsusi olaraq, Prezident Əliyevlə Dubravkada qazla işləyən elektrik enerjisi stansiyası məsələsini müzakirə etdim. Prezidentdən xahiş edirəm ki, bu məsələ ilə şəxsən məşğul olsun, çünki mən edə biləcəyimiz və bilməyəcəyimiz işlər barədə çox səmimi danışdım. Prezident Əliyevdən zəmanət aldım ki, o, şəxsən bu məsələdə bizə böyük kömək göstərəcək. Texniki əsaslandırma işləri başa çatdıqdan sonra biz bütün digər prosesləri sürətləndirməliyik.

Azərbaycandan gəlmiş əziz dostlar, Serbiyada özünüzü evdəki kimi hiss edin. Xoş gəlmisiniz. Hörmətli Prezident, mən Sizə, ailənizə, xalqınıza ən xoş arzularımı çatdırıram. Ümidvaram ki, Sizi yenidən mümkün qədər tez qəbul edəcəyəm. Daha çox görüşlər olmalıdır", - Vuçiç qeyd edib.

Xəbər lenti