IMG-LOGO

Anası pul vermədi, atasını benzin töküb yandırdı

15 Feb 2026 18:55 4 baxış
IMG
2 0

Ukraynanın Rovno şəhərində kişi valideynlərinin yanına gələrək pul tələb edib. Aralarında mübahisə yaranıb və nəticədə atanın ölümü ilə nəticələnib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 36 yaşlı kişi atasını yandırdığına görə həbs edilib. Yaşlı kişi aldığı xəsarətlərdən ölüb.

"Kişi anasından pul tələb edib və bu, onunla evdə olan 74 yaşlı atası arasında mübahisəyə səbəb olub. Mübahisə zamanı oğul atasının üzərinə benzin töküb yandırıb. Kişi hadisə yerində ölüb", - açıqlamada bildirilir.

Xilasedicilər dərhal hadisə yerinə gəliblər. Onlar binanın 35 sakinini təxliyə ediblər və mənzildəki yanğını söndürüblər.

Atasını yandırmaqda şübhəli bilinən oğul saxlanılıb.  

Hadisələr

Xəbər lenti