Azərbaycan və Serbiya gələcək üçün həm iqtisadi, həm siyasi, həm energetika sahəsində əməkdaşlığı gücləndirir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata birgə bəyanatında deyib.
Azərbaycan Prezidenti Serbiya Prezidentini və xalqını bir daha 15 fevral - Dövlətçilik Günü münasibətilə təbrik edib.
"Aleksandar Vuçiç dövlətçilik maraqlarını hər şeydən üstün tutur, məhz buna görə də Serbiya uğur qazanır. Serbiyanın təbii sərvətləri olmasa da, heç bir yardım almadan uğurla inkişaf edir. Burada Prezident Vuçiçin çox yüksək liderlik keyfiyyətləri xüsusi qeyd olunmalıdır", - dövlət başçısı vurğulayıb.
İlham Əliyev əlavə edib ki, bu gün çox mühüm məsələlər müzakirə olunub:
"Gələcək üçün həm iqtisadi, həm siyasi, həm energetika sahəsində əməkdaşlığı gücləndiririk. Energetika və nəqliyyat sahəsində yeni imkanlardan yararlanaraq güclü sinergiya yaratmağa çalışırıq".