Elektrik stansiyasının inşası məhz Serbiyanın investisiya üçün əlverişli imkanlara sahib olmasından qaynaqlanır.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata birgə bəyanatında deyib.
O qeyd edib ki, bir müddət əvvəl başlanmış Serbiyaya təbii qaz ixracının həcmi artırılacaq.
Azərbaycan Prezidenti vurğulayıb ki, 2030-cu ilə qədər Azərbaycan əlavə 8 giqavat enerji əldə edəcək və bu ixrac həcminin artmasına da təkan verəcək: "Böyük hissə ixraca ayrılacaq".