IMG-LOGO

Azərbaycan Prezidenti: Serbiya iqtisadi cəhətdən uğurla inkişaf edir

15 Feb 2026 18:14 3 baxış
IMG

Aleksandar Vuçiçin rəhbərliyi altında Serbiya uğurla inkişaf edir.

"Report"un Balkan bürosu xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında söyləyib.

"Həm beynəlxalq müstəvidə böyük hörmət qazanmışdır, eyni zamanda, iqtisadi və sosial sahədə böyük islahatlar aparılmışdır", - Azərbaycan Prezidenti bildirib.

Dövlət başçısı deyib ki, bunun nəticəsində bu gün Serbiya təbii sərvətləri olmayan bir ölkə olmasına baxmayaraq, iqtisadi cəhətdən uğurla inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır. Bugünkü şəraitdə, xüsusilə Avropa məkanında yerləşən üçün bu xüsusi amil kimi qiymətləndirilməlidir.

Xəbər lenti