IMG-LOGO

"Kəpəz"in baş məşqçisi: "Növbəti oyunlarda yaxşı nəticəyə köklənmək lazımdır"

15 Feb 2026 17:41 3 baxış
IMG

"Kəpəz" komandası daha ciddi, məsuliyyətli olmalı, növbəti oyunlarda yaxşı nəticəyə köklənməlidir.

"Report"un məlumatına görə, bunu Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov "Neftçi"yə uduzduqları Misli Premyer Liqasının XX turunun oyunundan (1:3) sonra mətbuat konfransında deyib.

Mütəxəssis azarkeşlərə təşəkkür edib:

"Məğlub olsaq belə, komandanın yanında oldular. Bu bizim üçün böyük motivasiyadır. Çalışacağıq ki, qarşıdakı matçlarda daha yaxşı oynayıb onların etimadını doğruldaq. Oyunu iki hissəyə bölmüşdük. Amma əfsuslar olsun ki, ilk hissədə heç nədən 3 qol buraxdıq. Daha ciddi, məsuliyyətli olmalıyıq. Növbəti görüşlərdə yaxşı nəticəyə köklənmək lazımdır".

Xəbər lenti