Azərbaycan və Serbiya arasında elektrik enerjisi sahəsində əməkdaşlıqla bağlı atılmalı olan addımların tezliklə həyata keçirilməsinə ehtiyac var.
"Report" xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.
O qeyd edib ki, "Serbia Qaz" və SOCAR arasında danışıqlar aparılıb və müəyyən sənədlər imzalanıb:
"Ümid edirəm, layihələndirmə tezliklə - 2-3 ay ərzində həyata keçiriləcək və stansiyanın tikintisi işinə başlanacaq. Bu stansiyanın tikintisi 2 il də çəkə bilər. Amma 2029-cu ildə bizim artıq Niş şəhəri ətrafında enerjimiz olacaq".