IMG-LOGO

Sumqayıtda 33 yaşlı kişi dəm qazından boğularaq ölüb

15 Feb 2026 16:39 3 baxış
IMG

Sumqayıt şəhərində 33 yaşlı kişi dəm qazından boğularaq ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə 52-ci məhəllənin Duzlaq küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

İlkin məlumata görə, 1993-cü il təvəllüdlü Amil Qarayev hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti