IMG-LOGO

Serbiyada Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

15 Feb 2026 15:40 4 baxış
IMG

Serbiya Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

"Report"un Balkan bürosu xəbər verir ki, dövlət başçısının şərəfinə sarayın qarşısında fəxri qarovul dəstəsi düzülüb.

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Daha sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamlayıb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Aleksandar Vuçiçə təqdim edilib.

Serbiyada Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Xəbər lenti