IMG-LOGO

Moskva bu il Astana ilə AES layihəsini rəsmiləşdirməyə ümid edir

15 Feb 2026 09:11 2 baxış
IMG

Rusiya bu il Qazaxıstanın ilk - Balxaş Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı müqavilələri tam şəkildə rəsmiləşdirməyi, o cümlədən ixrac kreditinin verilməsini gözləyir.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Astanadakı səfiri Aleksey Borodavkin mediaya məlumat verib.

"AES-nin tikintisi və dövlət ixrac kreditinin verilməsi ilə bağlı hökumətlərarası sazişlər artıq tamamlanma mərhələsindədir. Layihənin 2026-cı ildə tam hüquqi cəhətdən başa çatacağını gözləyirik", - deyə diplomat bildirib.

Xatırladaq ki, 2025-ci ildə Qazaxıstan hakimiyyəti "Rosatom"un ölkənin ilk AES-in tikintisi üzrə konsorsiumun lideri olacağını elan edib. Stansiyanın Almatı vilayətindəki Ulken kəndində, Balxaş gölünün yaxınlığında yerləşməsi planlaşdırılır və stansiyaya məhz bu kəndin adı verilib.

Xəbər lenti