IMG-LOGO

İlham Əliyev: Tranzit imkanları yaratdıqlarına görə gürcüstanlı dostlarımıza təşəkkür edirəm

14 Feb 2026 18:25 6 baxış
IMG

Azərbaycan artıq Ermənistanla əməkdaşlığa başlayıb.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda baş tutan panel müzakirəsində deyib.

Dövlət başçısı bildirib ki, yüklərin daşınmasında bütün məhdudiyyətlər Azərbaycan ərazisində aradan qaldırılıb:

"Gürcüstanlı dostlarımıza da təşəkkür edirik ki, onlar çox mühüm tranzit imkanlarını yaradıblar. Çünki yüklər Azərbaycan ərazisindən Gürcüstan vasitəsilə Ermənistana gedir. Daha sonra biz onlar üçün mühüm olan neft məhsullarını ixrac edirik".

Azərbaycan Prezidenti vurğulayıb ki, TRIPP marşrutu yeni bağlantı yaradır:

"Çindən Mərkəzi Asiya, Trans-Xəzər regionu, Azərbaycan, Ermənistan, Naxçıvan, Türkiyə və daha sonra Avropaya gedən marşrutla tamamilə yeni vəziyyət yaradacağıq. Bu, bütün ölkələr üçün faydalı olacaq".

İlham Əliyev deyib ki, bu marşrutda yerləşən bütün ölkələr həm siyasi, həm iqtisadi baxımından inteqrasiya edəcək. Bu, Azərbaycan-Ermənistan arasında uzunmüddətli və daimi sülhə töhfə olacaq.

Xəbər lenti