IMG-LOGO

Marta Kos: Avropa Ermənistan, Azərbaycan və Türkiyə ilə konkret layihələr siyahısını formalaşdırır

14 Feb 2026 18:43 7 baxış
IMG

Avropa İttifaqı (Aİ) əməkdaşlığın prioritet istiqamətlərini müəyyən etmək üçün Ermənistan, Azərbaycan və Türkiyə ilə konkret layihələr siyahısını formalaşdırır.

"Report" xəbər verir ki, bu barədə genişlənmə üzrə Avropa komissarı Marta Kos Münxen Təhlükəsizlik Konfransında bildirib.

O, həmçinin bildirib ki, Aİ beynəlxalq maliyyə institutları ilə birgə TRİPP layihəsi çərçivəsində Naxçıvana dəmir yolunun tikintisinin texniki-iqtisadi əsaslandırmasının işə salınmasını Azərbaycanla müzakirə edir.

"Bizim üçün böyük maraq kəsb edən Naxçıvana dəmir yolunun texniki-iqtisadi əsaslandırmasının hazırlanmasını Azərbaycanla müzakirə edirik", - Kos vurğulayıb.

Onun sözlərinə görə, bütün bu layihələr özəl investorların cəlb edilməsi üçün zəmin yaradır.

"Bunlar irimiqyaslı təşəbbüslərdir və onları yalnız vergiödəyicilərinin vəsaiti hesabına maliyyələşdirmək mümkün deyil. Buna görə də özəl kapitalın iştirakı üçün şərait yaratmaq vacibdir", - o əlavə edib.

Xəbər lenti