Naxçıvan şəhərində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.
Lent.az xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsi, ev 12 ünvanında qeydə alınıb.
Ordubad rayonu Aşağı Əylis kənd sakini 32 yaşlı Məsimov Oruc Məhərrəm oğlu həyatını itirib.
Onun övladları – 6 yaşlı Fatimə Məsimova, 8 yaşlı Hüseyn Məsimov, 9 yaşlı Məhəmməd Məsimov, 5 yaşlı Əli Məsimov və 4 yaşlı Həsən Məsimov dəm qazından zəhərləniblər.
Zərərçəkənlər Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Hadisələr