IMG-LOGO

Naxçıvanda bir ailənin altı üzvü dəm qazından zəhərlənib, ölən var

14 Feb 2026 11:56 7 baxış
IMG

Naxçıvan şəhərində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Xətai məhəlləsi, ev 12 ünvanında qeydə alınıb.

Nəticədə Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1994-cü il təvəllüdlü Məsimov Oruc Məhərrəm oğlu həyatını itirib.

Onun övladları – 2020-ci il təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Xəbər lenti