Türkiyə Superliqasının XXII turunda "Qalatasaray" "Eyüpsor"u məğlub edib.
"Report" xəbər verir ki, "Rams Park"da baş tutan matç ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə bitib.
"Sarı-qırmızılar"ın qollarını Yunus Akgün (2), Mauro İkardi (33, 48, 70) və Jerom Onqyuene (87-avtoqol) vurublar. Qonaqların heyətində isə Metehan Altunbas (71) fərqlənib.
Qeyd edək ki, "Qalatasaray" 55 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədə qərarlaşan "Fənərbağça"nın 49 xalı var.