IMG-LOGO

Ceyhun Bayramov Ermənistanla tranzit məhdudiyyətlərinin aradan qaldırılmasından bəhs edib

13 Feb 2026 22:17 4 baxış
IMG

Ermənistana istiqamətlənən yüklərə münasibətdə tranzit məhdudiyyətlərinin aradan qaldırılması, Azərbaycandan Ermənistana neft məhsullarının satışı istiqamətində atılan addımlar son onilliklər ərzində görünməmiş dərəcədə sabit mühitin formalaşmasına töhfə verib.

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransında bildirib.

Bununla yanaşı, Ermənistan tərəfindən də yüklərin Azərbaycandan keçməklə üçüncü ölkələrə ixrac edilməsinə müvafiq icazə verilməsinin, beyin mərkəzlərinin nümayəndələrinin və ekspertlərin görüşlərinin əhəmiyyətli etimad quruculuğu tədbirləri olduğu vurğulanıb.

Xəbər lenti