Münhendə keçirilən "MSC2026" tədbirində Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Litva Sosial Demokrat Partiyasının (LSDP) sədri Mindauqas Sinkeviçyusla görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"dəki hesabında məlumat yayılıb.
İkitərəfli münasibətlər, regional təhlükəsizlik, və Avropa İttifaqı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi imkanları müzakirə edilib.