IMG-LOGO

WUF13-ə hazırlıq çərçivəsində məlumat sessiyaları keçirilib

13 Feb 2026 20:52 4 baxış
IMG

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) hazırlıq işləri çərçivəsində 23 yanvar - 12 fevral aralığında davamlılıq prinsiplərinə həsr olunan bir sıra məlumat sessiyaları keçirilib.

"Report" xəbər verir ki, bu barədə məlumat "WUF13Azerbaijan"ın "X" hesabında yayılıb.

Bildirilib ki, WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təşkil edilən seminarlarda təqribən 1200 nəfər iştirak edib.

Sessiyalarda iqlim dəyişikliyinə davamlı şəhər sistemləri, mənzil təminatı, şəhər mobilliyin əhəmiyyəti, həmçinin insanlar üçün əlçatan və inklüziv şəhər inkişafı haqqında təqdimatlar olub.

Xəbər lenti