IMG-LOGO

Premyer Liqada daha bir klub baş məşqçisi ilə yolları ayıra bilər

13 Feb 2026 19:49 5 baxış
IMG

İngiltərə təmsilçisi "Brayton"un baş məşqçisi Fabian Hürtseler istefa təhlükəsi ilə üz-üzədir.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, komanda qarşıdakı oyunlarda nəticələri yaxşılaşdırmasa, alman mütəxəssis istefaya göndərilə bilər.

Premyer Liqada ardıcıl beş oyundur qələbə qazana bilməyən "qağayılar"ın çıxışı klub rəhbərliyini narahat edir. Qarşıdakı matçların Hürtselerin gələcəyi baxımından həlledici olacağı bildirilir.

Qeyd edək ki, bu həftə Premyer Liqada iki baş məşqçi ilə yollar ayrılıb – "Tottenhem" Tomas Franki, "Nottingem Forest" isə Şon Dayçı istefaya göndərib.

Fabian Hürtseler ötən mövsümdən "Brayton"a rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2024/2025 mövsümünü 8-ci pillədə başa vurub.

Xəbər lenti