IMG-LOGO

"Bavariya" müdafiəçisi ilə yeni müqavilə imzalayıb

13 Feb 2026 17:05 3 baxış
IMG

Almaniyanın "Bavariya" klubu müdafiəçisi Dayot Upamekano ilə yeni müqavilə bağlayıb.

"Report" Münhen təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər veri ki, 27 yaşlı fransalı futbolçu ilə yeni sözləşmənin müddəti 2030-cu ilin yayına qədərdir.

Upamekano 2021-ci ildən "Bavariya"nın formasını geyinir.

Qeyd edək ki, futbolçu cari mövsümdə bütün turnirlərdə ümumilikdə 28 oyuna çıxıb, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti