IMG-LOGO

Papikyan ABŞ-nin səfiri səlahiyyətlərini icra edən Devid Allenlə müdafiə əməkdaşlığını müzakirə edib

13 Feb 2026 17:41 3 baxış
IMG

Ermənistanın müdafiə naziri Suren Papikyan və ABŞ-nin bu ölkədəki səfiri səlahiyyətlərini icra edən Devid Allen iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın inkişafını müzakirə edib.

Bu barədə "Report" Ermənistan KİV-lərinə istinadən xəbər verir.

Görüş zamanı ikitərəfli hərbi-texniki qarşılıqlı əlaqə, həmçinin hərbçilər arasında təlim məsələləri, o cümlədən təlimlərin keçirilməsi müzakirə edilib.

S.Papikyan və D.Allen həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərinə toxunublar.

Xəbər lenti