ABŞ Hindistanın "Reliance Industries Ltd" şirkətinə neft emalı zavodunun birbaşa Venesuela neftini almasına icazə verən lisenziya verib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Sənəd Venesuela mənşəli hasil edilmiş neftin, həmçinin onun emal məhsullarının alınmasına, ixracına və satışına icazə verir. Venesueladan birbaşa neft alışı "Reliance"a Rusiya neftini iqtisadi cəhətdən sərfəli şəkildə əvəz etməyə kömək edəcək.
Məlumata görə, "Reliance" yanvarın əvvəlində lisenziya üçün müraciət etmişdi.
Qeyd edək ki, əvvəllər ABŞ həmin şirkətə sanksiyalara baxmayaraq, Rusiyanın "Rosneft" şirkətindən neft alışlarını davam etdirməyə icazə vermişdi.