IMG-LOGO

Azərbaycanın çimərlik futbolu yığması Avropa çempionatında iştirak edəcək

13 Feb 2026 15:37 5 baxış
IMG

Azərbaycanın çimərlik futbolu yığması Gürcüstanın Batumi şəhərində təşkil olunacaq Avropa çempionatının B Divizionunda iştirak edəcək.

Bu barədə "Report"a AFFA-dan bildirilib.

İyulun 15-19-da keçiriləcək yarışda 8 komanda – Gürcüstan, Azərbaycan, Latviya, Qazaxıstan, Belçika, Malta, İngiltərə və Norveç milliləri mübarizə aparacaqlar.

Turnirin reqlamenti və püşkü barədə daha sonra məlumat veriləcək.

Xəbər lenti