Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi keçən il 17 uşaq müəssisəsində monitorinq aparıb.
"Report" xəbər verir ki, bu barədə Dövlət Komitəsinin sədri Bahar Muradova komitənin 2025-ci ildəki yekunlarına dair keçirilən kollegiya iclasında məlumat verib.
B.Muradova bildirib ki, monitorinqlərin 15-i dövri, 2-si növbədənkənar olub:
"Monitorinqlərin nəticəsinə əsasən həmin müəssisələrdən 13-nün fəaliyyəti qənaətbəxş, 3-nün fəaliyyəti qismən qənaətbəxş, 1-nin fəaliyyəti isə qeyri-qənaətbəxş hesab edilib. Nəticələr barədə bütün məlumatlar Nazirlər Kabinetinə təqdim edilib".