IMG-LOGO

Ötən il Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 514 müraciət olub

13 Feb 2026 14:45 6 baxış
IMG

Ötən il Dövlət Komitəsinə 4713 vətəndaş müracəti daxil olub.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova komitənin 2025-ci ildə fəaliyyətinin yekunlarına dair Kollegiya iclasında deyib.

O qeyd edib ki, 2025-ci ildə 12 region üzrə 29 rayonu əhatə edən qəbul keçirilib:

"Vətəndaş müraciətlərində üstünlük təşkil edən mövzular məhkəmə qərarlarının icrası (547), məişət zorakılığı (514), işlə təmin olunma (290), müxtəlif yönümlü sosial müavinətlərin, yardımların, təqaüdlərin alınması (245) müayinə və müalicə (158) istiqamətində olub".

B.Muradova bildirib ki, bu dövr ərzində 109 vətəndaşa mühafizə orderi verilib.

Xəbər lenti